Maliyyə naziri: "Azərbaycan neft qiymətlərini dayanıqlı, sağlam və konservativ proqnozlaşdırır"
Azərbaycan dayanıqlı, sağlam və konservativ yanaşma ilə neft qiymətlərinin proqnozlaşdırılmasını həyata keçirir və ölkə bu il birmənalı olaraq bunun bəhrəsini görəcək.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Gəlir proqnozlarımıza baxdıqda icra göstəricimiz 102,2 %-dir. Yəni dövlət büdcəsinin gəliri 2,2 % artıqlaması ilə icra olunub. Qeyri-neft-qaz sektoru üzrə isə bu rəqəm 101,6 %-dir. Neft-qaz daxil olmalarının proqnozlaşdırılmması bizim müəyyən edəcəyimiz neft qiymətindən asılıdır. Neft qiyməti və ona bağlı olaraq qaz qiyməti dünya bazarlarında kifayət qədər volatillidir və keçən il elə burada müzakirələrimiz zamanı bir çox hörmətli deputat həmkarlarımız təklif edirdi ki, 65 ABŞ dolları çoxdur, 60 ABŞ dolları qoyaq, amma indi bugünkü rəqəmləri görürsünüz. Eynilə də keçən il üçün müəyyən edilmiş rəqəm 70 ABŞ dollar idi və icra göstəricisi 71 ABŞ dolları olub. Bu sırf Azərbaycanın nəzərə aldığı və ya həyata keçirdiyi siyasətin xüsusiyyəti ilə bağlıdır", - o vurğulayıb.
Nazirin sözlərinə görə, bu il neftin büdcə qiymətinin 65 ABŞ dolları götürülməsi konservativ yanaşmadır: "Düşünürük ki, neftin qiyməti daha artıq ola bilər və əlbəttə ki, o vəsaitləri istifadə etməyə də çalışa bilərik, amma eyni zamanda konservativ yanaşma ilə real büdcə ehtiyaclarına uyğun şəkildə rəqəmləri müəyyən edib, əlavə gəlirlərin Dövlət Neft Fonduna toplanılması üçün tədbirlər də görə bilərik. Əlbəttə, Azərbaycan dayanıqlı, sağlam və konservativ yanaşma ilə neft qiymətləri proqnozlaşmasını həyata keçirir. Qeyri-neft-qaz sektoru üzrə proqnozlaşdırmamız isə tədiyə növündən asılı olaraq müxtəlif qaydalar cə makroiqtisadi modellər çərçivəsində həyata keçirilir".
Oxşar xəbərlər
Maliyyə naziri: "Regionların büdcədən asılılığı daha da azalıb"
Azərbaycanda ötən il əməyin ödənişi xərcləri proqnozdan 426 milyon az icra edilib
Maliyyə naziri büdcənin faktiki və proqnoz göstəriciləri arasındakı fərqə münasibət bildirib
AMB builki iqtisadi artım və neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Tahir Mirkişili: "Neft ucuzlaşsa da, büdcənin icrasına ciddi risk yaratmır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
-
İran İsrailə zərbələri dayandırıb, Livana hücumlar davam edərsə, daha şiddətli cavabla bağlı xəbərdarlıq edib
-
Azərbaycan–Gürcüstan–Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb - FOTO
