sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Mark Karni: Kanada satılmır, heç vaxt satılmayacaq
“Daşınmaz əmlak işindən də bildiyiniz kimi, satılmayan bəzi yerlər var. Kanada satılmır, heç vaxt satılmayacaq”
“Report”un məlumatına görə, bu sözləri Kanadanın baş naziri Mark Karni Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı Amerika liderinin Kanadanın 51-ci ştat olması ilə bağlı istəyinə cavab olaraq deyib.
O xalqın da bunu istəmədiyini bildirib və əlavə edib ki, keçmişdə də olduğu kimi iki ölkə arasında tərəfdaşlıq və birgə görüləcək işlər üçün fürsət mövcuddur.
Amerika prezidenti də öz növbəsində qeyd edib ki, indi baş nazirlə bu məsələni müzakirə etmək niyyətində deyil: “Lakin belə bir inkişaf qonşu ölkəyə çoxlu üstünlüklər verərdi. Heç vaxt heç vaxt demə”.
Oxşar xəbərlər
Mark Karni Kanadanın yeni Baş naziri kimi and içib
Kanadanın yeni baş naziri Vaşinqtona xəbərdarlıq edib
Tramp və Karni Kanadadakı seçkilərdən sonra görüşəcək
Kanadanın yeni baş naziri: Kanada heç vaxt ABŞ-nin ştatı olmayacaq
Trüdo: Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













