Tailand Kamboca ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salıb
Tailand Kamboca ilə diplomatik münasibətlərinin səviyyəsini aşağı salıb və qarşı tərəfin silahlı hücumlarını dayandırmayacağı təqdirdə özünümüdafiə tədbirlərini gücləndirməyə hazır olduğunu bəyan edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyinin xüsusi bəyanatında deyilir.
“Kamboca silahlı hücumları və Tailandın suverenliyinin pozulması hallarına davam etdirəcəyi təqdirdə Tailand Krallığı hökuməti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, özünümüdafiə tədbirlərini gücləndirməyə hazırdır", - nazirlikdən bildirilib.
Həmçinin qeyd olunub ki, Kambocanın Tailanda qarşı planlı və düşünülmüş hərəkətləri nəticəsində yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, Banqkok diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq və öz səfirini Pnompendən geri çağırmaq qərarına gəlib, həmçinin Kamboca hökumətinə Tailanddakı səfirini geri çağırmağı təklif edib.
XİN Kambocanı Tailand ərazisinə piyada əleyhinə minalar yerləşdirməkdə, bunun nəticəsində krallığın hərbi qulluqçularının 2025-ci il iyulun 16 və 23-də patrul xidməti zamanı xəsarət alması, habelə bu gün hərbi baza və mülki obyektlərə, o cümlədən xəstəxanaya zərbələr endirməkdə ittiham edib. Nazirlikdən vurğulanıb ki, hücumlar mülki vətəndaşların ölümü ilə nəticələnib.
Kamboca Milli Müdafiə Nazirliyi isə bəyan edib ki, Tailand münaqişəni ilk başaladan təfər olub.
Oxşar xəbərlər
Tailand Kamboca ilə sərhədi bağlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kambocanın hücumu nəticəsində Tailandda iki nəfər həlak olub - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamboca BMT-ni təcili iclas keçirməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kambocanın hücumu nəticəsində Tailandda 12 nəfər həlak olub - YENİLƏNİB-4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tailandda dörd əyalətdə təxliyə elan edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












