Durov Fransanı söz azadlığını təqib etməkdə günahlandırıb
"Teleqram" messencerinin yaradıcısı Pavel Durov Fransa hakimiyyətini söz azadlığına və texnoloji tərəqqiyə qarşı səlib yürüşlərində ittiham edib.
"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
İş adamı bunun Fransaya onilliklər ərzində iqtisadi ziyan vuracağını bildirib. Onun fikrincə, internet şirkətlərini tənzimləmək üçün aydın qaydalar əvəzinə cinayət işlərindən istifadə investisiyaları qorxudacaq.
"Karyera ambisiyaları və ya siyasi motivləri ilə idarə olunan bir neçə prokuror, aydın tənzimləmə və texnologiya sənayesinin liderləri ilə əməkdaşlıq yolu ilə həll edilə bilən (və edilməli) məsələlərlə bağlı cinayət araşdırmalarına başlamaqla ölkənin gələcəyini təhlükə altına qoyur", - Durov vurğulayıb.
P.Durov 2024-cü ilin avqustunda Parisin Le-Burje hava limanında saxlanılmışdı. O, bir neçə gün həbsdə saxlanıldıqdan sonra 5 milyon avro girov müqabilində və həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə azadlığa buraxılmışdı. Ona Fransa ərazisini tərk etmək qadağan edilmişdi.
Oxşar xəbərlər
Pavel Durov məhkəməyə gətirilib
"Telegram"ın yaradıcısı Pavel Durov Fransada saxlanılıb
Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib
Pavel Durov Paris məhkəməsinə gətirilib
Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
