Tailand ABŞ-a yeni ticarət sazişi təklif etmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Tailand ABŞ-a yeni ticarət sazişi təklif etmək niyyətindədir


Tailand ABŞ-a yeni ticarət sazişi təklif etmək niyyətindədir ki, bu da Amerika şirkətlərinə ölkənin bazarına daha geniş giriş imkanı verəcək.

"Sizinxeber.az"un "Bloomberg" agentliyinə istinadən məlumatına görə, bu barədə Tailandın maliyyə naziri Piçay Çunhavaçira bildirib.

Onun məlumatına görə, Tailandın yeni təklifi ABŞ ilə ticarət profisitini (hazırda təxminən 46 milyard dollar təşkil edir - red.) 5 il ərzində 70% azaltmağı nəzərdə tutur.

Tailand Vaşinqtonun 36% həcmində gömrük rüsumları tətbiq etməsindən qaçmaq istəyir, bunun üçün ABŞ kənd təsərrüfatı və sənaye şirkətlərinə ölkənin bazarına daha geniş giriş imkanı veriləcək, ABŞ-dan gələn əksər mal qrupları üçün tariflər ləğv ediləcək.

Oxşar xəbərlər

Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Tailand böyük vergi islahatlarına hazırlaşır
Tailand ilin sonunadək turizm sənayesindən 53 milyard dollar gəlir əldə etməyi planlaşdırır
Tailand COP29-da ədalətli enerji keçidini, İtki və Zərər Fondunun fəaliyyətini dəstəkləyəcək
Ağ Ev: ABŞ gömrük rüsumları ilə bağlı 10-dan çox təklif alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle