Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
Almaniya kansleri Fridrix Mertz ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ukraynadakı vəziyyəti, xüsusən də Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp Mertzlə söhbətində Kiyevə silahların çatdırılmasına heç bir öhdəlik götürmədiyini deyib.
Cümə günü səhər saatlarında Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius bildirib ki, son günlər telefon danışıqları zamanı kansler havadan müdafiə sahəsində Ukraynaya dəstək verilməsini qətiyyətlə müdafiə edib.
“Der Spiegel”in yazıb ki, hələ may ayında Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya “Patriot” sistemlərinin verilməsini təklif etmişdi.
Oxşar xəbərlər
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rumıniya Ukraynaya “Patriot” verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya müdafiə naziri: Ukraynaya yeni yardım paketi təqdim edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyanın müdafiə naziri Kiyevə qəfil səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













