Rumıniya Ukraynaya “Patriot” verir
Rumıniya Prezidenti Klaus İohannis Ukraynaya “Patriot” hava hücumundan müdafiə sisteminin verilməsi ilə bağlı müvafiq qanunu təqdim edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna KİV Rumıniya liderinin bəyanatına istinadən məlumat yayıb.
“Bu gün İohannis “Patriot” zenit-raket kompleksinin Ukraynaya verilməsi ilə bağlı hökumətin təşəbbüsü ilə hazırlanan qanun layihəsini təqdim edib. Ukraynaya amerikalı tərəfdaşla razılaşdırılmış konfiqurasiyada “Patriot” veriləcək. Bundan əlavə, indi Rumıniya hökumətinə yerüstü hava hücumundan müdafiə imkanlarının bərpası üçün lazımi tədbirlər görmək səlahiyyəti verilib. Yəni indi Rumıniya öz səmasını qorumaq üçün Ukraynaya veriləcək “Patriot”un əvəzinə yeni “Patriot” alacaq”, - məlumatda deyilir.
“Patriot” hava hücumundan müdafiə sistemi ABŞ tərəfindən raket və təyyarə hücumlarından qorunmaq üçün hazırlanmış qabaqcıl hava hücumundan müdafiə sistemidir. O, taktiki ballistik raketləri, qanadlı raketləri və təyyarələri vurmağa qadirdir. “Patriot”dan həm ABŞ-də, həm də bir çox başqa ölkələrdə geniş istifadə olunur.
Oxşar xəbərlər
Polşa “Patriot” üçün 48 buraxılış qurğusu istehsal edəcək
ABŞ və Polşa müdafiə nazirləri Ukraynaya yardımı müzakirə ediblər
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
