ABŞ Çinə bəzi ixrac məhdudiyyətlərini aradan qaldırıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası mikrosxem dizaynı proqram təminatının Çinə ixracına qoyulan bəzi məhdudiyyətləri aradan qaldırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Ticarət Nazirliyi Almaniyanın “Siemens AG” texnologiya konsernini xəbərdar edib ki, Çində iş görmək üçün artıq xüsusi dövlət lisenziyaları tələb olunmur. Şirkət artıq Çin müştərilərinə proqram təminatı və texnologiyalara tam girişi qaytarıb.
Bu ixraca nəzarət tədbirləri Pekinin ABŞ-yə kritik mineral tədarükünü məhdudlaşdırmasına cavab olaraq may ayında Vaşinqton tərəfindən tətbiq edilib. Ötən həftə bağlanmış ticarət sazişinin şərtlərinə əsasən, ABŞ Çinə mikrosxem dizaynı proqram təminatının tədarükünə, həmçinin etan və reaktiv mühərriklərin ixracına icazə verəcəyini vəd edib. Pekin də öz növbəsində ABŞ-yə nadir metallarının tədarükünü sürətləndirməlidir.
Oxşar xəbərlər
“Reuters”: ABŞ Çinə etan ixracını bərpa etməyə hazırdır
KİV: Çin ABŞ-yə metal tədarükünə 6 aylıq icazə verib
Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək
WSJ: Tramp maliyyə nazirinə Çinlə ixrac məhdudiyyətlərinin yumşaldılmasını müzakirə etməyi tapşırıb
Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








