KİV: Çin ABŞ-yə metal tədarükünə 6 aylıq icazə verib
sizinxeber.az xəbər saytı

KİV: Çin ABŞ-yə metal tədarükünə 6 aylıq icazə verib


Çin nadir torpaq metallarının ABŞ-yə ixracına qoyulan məhdudiyyətləri müvəqqəti ləğv edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, söhbət cəmi altı aydan gedir. Bu müddət ərzində ABŞ ilə münasibətlər yenidən pisləşsə, Çin hakimiyyəti amerikalı istehsalçılara nadir torpaq metallarının tədarükünü yenidən qadağan edəcək.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, tərəflər arasıında saziş tamamlanıb və iki ölkə liderləri bunu təsdiqləməlidir.

Sazişin şərtlərinə əsasən, bütün mövcud tarif dərəcələri qüvvədə qalacaq: ABŞ-yə tədarük edilən Çin mallarına 55 %, Çinə ixrac edilən Amerika mallarına isə 10 % rüsum tətbiq ediləcək. Bundan əlavə, Tramp çinli tələbələrin ABŞ kollec və universitetlərində təhsil almaq hüququnun bərpa olunduğunu açıqlayıb.

Oxşar xəbərlər

Çin ABŞ-yə nadir torpaq metal tədarükünü bərpa etməyə razılaşıb
KİV: ABŞ Çin mallarına rüsumları 104 %-ə qaldıra bilər
Rusiya və ABŞ nadir torpaq metalları üzrə danışıqlara başlayıb
Britaniya Yaponiyaya nadir torpaq metalları tədarük edəcək
Tramp Çini əlavə 50 %-lik rüsumlarla hədələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər