Arxiyepiskop Acapaxyan saxlanılması üçün əməliyyat keçirilir, Eçmiədzində toqquşmalar davam edir - YENİLƏNİB-3 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
in
2025
13:00

Arxiyepiskop Acapaxyan saxlanılması üçün əməliyyat keçirilir, Eçmiədzində toqquşmalar davam edir - YENİLƏNİB-3

27 in, 2025
13:00
355

Arxiyepiskop Acapaxyan saxlanılması üçün əməliyyat keçirilir, Eçmiədzində toqquşmalar davam edir - YENİLƏNİB-3

II Qareginin iqamətgahında Acapaxyanın saxlanılması üzrə əməliyyat davam edir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Mikael Acapaxyanı II Qareginin iqamətgahının yerləşdiyi Eçmiədzindəki monastırdan apara bilməyib.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, monastır yaxınlığında vəziyyət gərgin olaraq qalır. Güc strukturları ilə dindarlar arasında vaxtaşırı toqquşmalar baş verir.

12:23

Müqəddəs Eçmiədzin monastırında vəziyyət gərginləşib.

“Report”un məlumatına görə, bu barədə Ermənistan KİV-i xəbər verir.

Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları "təkcə din xadimlərini deyil, həm də media işçilərini təqib edirlər".

Qeyd olunub ki, MTX İrəvandan Müqəddəs Eçmiədzin monastırına yeni qüvvələr göndərib.

11:50

Ermənistan Milli Təhlküəsizlik Xidmətinin (MTX) əməliyyat keçirdiyi bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahının həyətində polislər və keşişlər arasında dava baş verib.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, daha əvvəl maskalı xüsusi təyinatlılar iqamətgaha daxil olub. Keşişlər əməliyyata mane olmağa çalışırlar.

11:25

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi əraziyə daxil olublar.

Bu barədə “Report” TASS-a istinadən məlumat verir.

Məlumata görə, Ermənistan MTX-nin xüsusi təyinatlıları bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahının ərazisinə keçiblər.

Bildirilib ki, xüsusi təyinatlıların keşişlərin müşavirəsində iştirak etmək üçün orada olan Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı həbs etmək üçün gəldiyi ehtimal olunur.

Daha əvvəl verilən məlumata əsasən, 30-a yaxın maskalı şəxs Şirak yeparxiyasının binasına daxil olub.

Bizimlə əlaqə saxlayın