Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
Hindistanın müdafiə naziri Racnat Sinqh çinli həmkarı Dunq Tszyunla görüşdə Pekini onillik sərhəd münaqişəsinin dayanıqlı həllini tapmağa çağırıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə iyunun 27-də Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Sinqh mübahisənin həlli üçün strukturlaşdırılmış yol xəritəsinin yaradılmasının vacibliyini vurğulayıb və sərhəd demarkasiya mexanizmlərinin bərpasının zəruriliyini xatırladıb.
Müdafiə nazirləri gərginliyin azaldılması, sərhədin idarə edilməsi və delimitasiya məsələlərində irəliləyişə nail olmaq üçün məsləhətləşmələri davam etdirməklə bağlı razılıq əldə ediblər.
Bundan əlavə, bu ay Pekin və Nyu-Delhi 2020-ci ildə sərhəddəki toqquşmadan sonra dayandırılan birbaşa hava əlaqəsinin bərpasını sürətləndirmək barədə razılığa gəldiklərini bildiriblər.
Xatırladaq ki, nüvə dövlətləri Himalaydakı sərhəd üstündə mübahisə edir və bu səbəbdən müharibə aparıblar. 2020-ci ildə baş verən toqquşmada 20 Hindistan və 4 Çin hərbçisi ölüb.
Gülnar Mahmudova.
Oxşar xəbərlər
Hindistan və Çin birbaşa hava əlaqəsinin bərpasını müzakirə edirlər
Hindistan-Çin sərhədində dördillik qarşıdurmaya son qoyulub
Hindistan çoxməqsədli sualtı minanı sınaqdan keçirib
Hindistan Baş naziri müdafiə naziri və SQ komandanlığı ilə görüş keçirib
Modi hökumətin təcili iclasını çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
