sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarına dəstək verən bəndi bloklayıb
Macarıstan Avropa İttifaqı (Aİ) sammitində Ukrayna ilə bağlı yekun bəyanatın qəbul edilməsinə mane olub.
“Sizinxeber.az” xəbər verir ki, bu, Avropa Şurasının Ukrayna ilə bağlı müzakirələrdən sonra yaydığı məlumatda və sammitin yekun sənədinin layihəsində qeyd olunub.
Bəyanatda Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarının başlanmasına dəstək verən bənd Macarıstan tərəfindən bloklanıb.
Yekun bəyanat layihəsini Aİ-nin 27 ölkəsindən 26-sı qəti şəkildə dəstəkləyib. Avropa Şurası oktyabrda keçiriləcək növbəti iclasında bu mövzuya qayıdacaq.
Macarıstan əvvəllər xəbərdarlıq etmişdi ki, Ukraynanın İttifaqa qoşulmasını heç bir halda dəstəkləməyəcək.
Oxşar xəbərlər
Ukraynada Macarıstan hərbi kəşfiyyatı üçün işləyən casus şəbəkəsi ifşa edilib
Ukrayna və Macarıstan Kiyevin Aİ-yə üzvlüyü ilə bağlı əngəllərin aradan qaldırılması üçün məsləhətləşmələr aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
