BMT-nin baş katibi İsrail, İran və ABŞ-yə çağırış edib
sizinxeber.az xəbər saytı

BMT-nin baş katibi İsrail, İran və ABŞ-yə çağırış edib


BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, İran və İsrail arasında hərbi əməliyyatları dayandırmaq və İslam ölkəsinin nüvə proqramı ilə bağlı ciddi danışıqları bərpa etmək lazımdır.

“Report” xəbər verir ki, bu barədə o, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri ilə əlaqədar çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib.

Dünya təşkilatının baş katibi əmindir ki, ABŞ-ın İranın nüvə obyektlərini bombalaması artıq gərgin vəziyyətdə olan region üçün təhlükəli dönüş yaradıb. Quterreş böhranın əvvəlindən Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı dəfələrlə pislədiyini vurğulayıb:

“Döyüşü dayandırmaq və İranın nüvə proqramı ilə bağlı ciddi və davamlı danışıqlara qayıtmaq üçün dərhal və qətiyyətlə hərəkət etməliyik. Bizə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin müfəttişləri üçün tam giriş də daxil olmaqla etibarlı, hərtərəfli və yoxlanıla bilən həll lazımdır. Belə bir həll etibarı bərpa edəcəkdir.

“Nüvə silahının yayılmaması haqqında” müqavilə beynəlxalq sülh və təhlükəsizliyin təməl daşıdır. İran buna əməl etməlidir və BMT-yə üzv olan bütün dövlətlər BMT Nizamnaməsi və digər beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərinə əməl etməlidir”.

Oxşar xəbərlər

BMT-nin baş katibi İsrail və İrana çağırış edib
İran Atom Enerjisi Təşkilatı: Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik
BAEA rəhbəri İranın nüvə obyektlərinə baş çəkib
BAEA direktoru İranın nüvə obyektləri ilə bağlı yenidən xəbərdarlıq edib
İran amerikalı müfəttişlərin nüvə obyektlərinə buraxılmasını istisna etmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle