Tramp İranın uran zənginləşdirmə obyektlərinin tam məhv edildiyini açıqlayıb – YENİLƏNİB
ABŞ Silahlı Qüvvələri İranın uran zənginləşdirmə obyektlərini tamamilə yox edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirilməsi ilə əlaqədar Ağ evdə həmvətənlərinə televiziya müraciəti zamanı bildirib.
“Bu axşam bütün dünyaya bildirə bilərəm ki, bu zərbələr heyranedici hərbi uğurla nəticələnib. İranın əsas uran zənginləşdirmə obyektləri tamamilə və bütünlüklə məhv edilib”, – Amerika lideri söyləyib.
O vurğulayıb ki, İran sülhə getməlidir, əks halda Tehranı “son səkkiz gündə müşahidə etdiyimizdən daha böyük miqyaslı faciə gözləyir”.
04:41
ABŞ Prezidenti Donald Tramp yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 06:00) Ağ evdən xalqa müraciət edəcəyini bildirib.
“Report” xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən axşam saat 10-da Ağ evdə İranda çox uğurlu hərbi əməliyyatımızla bağlı xalqa müraciət edəcəyəm”, – Tramp qeyd edib.
O bu zərbəni ABŞ, İsrail və bütün dünya üçün “tarixi an” adlandırıb.
“İran indi bu müharibəni dayandırmağa razılaşmalıdır”, – dövlət başçısı əlavə edib.
Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.
Oxşar xəbərlər
Tramp İranın nüvə obyektlərinə zərbələrdən sonra xalqa müraciət edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp İranın nüvə obyektlərinə zərbələrdən sonra xalq müraciət edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: ABŞ nüvə razılaşması çərçivəsində İrana uranı zənginləşdirməyə icazə verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Vaşinqton Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












