Tramp Qəzzada münaqişənin sona yaxınlaşdığını düşünür
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin tezliklə bitəcəyinə inanır.
“Report” xəbər verir ki, bu barədə ABŞ lideri "The Atlantic" jurnalına müsahibəsində deyib.
O, Qəzzanın təslim olmağa hazır olduğunu söyləyib.
Tramp, həmçinin əlavə edib ki, çoxlu girov geri qaytarılıb.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi zərbələr endirib və yanvarda yaradılmış atəşkəsi pozub. İsrailin Baş naziri Binyamin Netanyahunun Ofisi bunu Fələstinin HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff tərəfindən irəli sürülən təkliflərdən imtinası ilə izah edib. O, bildirib ki, zolaqda keçirilən əməliyyatın məqsədi bütün girovları azad etməkdir. HƏMAS hərbi əməliyyatların bərpasına görə İsrail və ABŞ-ni təqsirləndirib.
Oxşar xəbərlər
ABŞ Qəzza sakinlərinə ərzaq yardımı etmək niyyətindədir
KİV: Qəzzada bugünkü zərbələr nəticəsində 40-dan çox insan həlak olub
KİV: HƏMAS Qahirədə Qəzzada atəşkəs təklifini müzakirə edəcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Qəzzanın cənubunda hava hücumları nəticəsində 13 fələstinli həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













