

KİV: HƏMAS Qahirədə Qəzzada atəşkəs təklifini müzakirə edəcək
Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Misirin Qəzza zolağında atəşkəslə bağlı təklifini müzakirə etmək üçün yaxın saatlarda Qahirəyə gələcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Al Araby Al Jadeed” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, planlaşdırılan məsləhətləşmələrdə Qəzza zolağında atəşə son qoymaq üçün Misirin vasitəçilik səyləri, Misirin atəşkəs təklifi və girovların qismən dəyişdirilməsi müzakirə olunacaq.
Bundan əlavə, mənbələrin məlumatına görə, Misir tərəfi HƏMAS nümayəndə heyəti ilə FƏTH hərəkatının fraksiyalar arasında parçalanmaya son qoymaq və Fələstin rəhbərliyini birləşdirmək təklifini müzakirə etmək niyyətindədir. FƏTH nümayəndə heyəti aprelin 5-də Qahirəyə səfər edib və Misirin xarici işlər naziri Bədr Əbdül Ataya mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün öz baxışını təqdim edib.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklava kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəs rejimini pozub. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bunu Fələstinin radikal HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edərək, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib. HƏMAS hərbi əməliyyatların yenidən başlamasına görə bütün məsuliyyətin İsrail və ABŞ-nin üzərinə düşdüyünü açıqlayıb.
Oxşar xəbərlər
HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib
HƏMAS nümayəndələri Qəzza üzrə danışıqlarda iştirak üçün Qahirəyə gedib
HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün Qahirəyə gələcək
Misir XİN başçısı Qətərin Baş naziri ilə Qəzza sövdələşməsini müzakirə edib
Bu gün Misirdə Yaxın Şərqdə atəşkəslə bağlı danışıqlar aparılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
