Estoniya mümkün atəşkəsdən sonra Ukraynaya qoşun yeridə bilər
sizinxeber.az xəbər saytı

Estoniya mümkün atəşkəsdən sonra Ukraynaya qoşun yeridə bilər


Estoniya mümkün atəşkəsdən sonra öz silahlı qüvvələrini Ukraynaya göndərə bilər.

"Sizinxeber.az"un məlumatına görə, bunu Baltikyanı dövlətin rəhbəri Alar Karis LRT telekanalına müsahibəsində deyib.

"Düşünürəm ki, biz Ukraynaya qoşun yeritmək məsələsini müzakirə etməzdən əvvəl ən azı atəşkəs və sülh olmalıdır. Söhbət Rusiya ilə mübarizədən yox, sülhün qorunmasından gedir", - siyasətçi bildirib.

“Financial Times” adı açıqlanmayan avropalı rəsmiyə istinadən mayın 27-də yazıb ki, bəzi Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək planı məhv olub. Çünki ABŞ onu dəstəkləməyə hazır deyil.

Almaniya kansleri Fridrix Merts mayın 18-də İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşdən sonra bildirib ki, Avropa hələlik Ukraynaya qoşun yeritmək məsələsini müzakirə etmir.

Oxşar xəbərlər

Aİ diplomatiyasının yeni rəhbəri Ukraynaya qoşun göndərilməsini istisna etməyib
Almaniya XİN: Ukraynaya hərbçilərimizin göndəriləcəyini istisna etmirik
Aİ Ukraynaya qoşun yeridilməsini Avropa ordusunun yaradılmasının başlanğıcı adlandırıb
ABŞ Ukraynaya qoşun göndərməyi planlaşdırmır
KİV: Meloni Aİ liderlərinin Trampla Ukraynaya dair danışıqlarından kənarlaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər