Sizinxeber.az » DÜNYA » Avropa » Macarıstanın Baş naziri: Avropa Rusiya ilə strateji saziş imzalamalıdır

Macarıstanın Baş naziri: Avropa Rusiya ilə strateji saziş imzalamalıdır

Avropa uzunmüddətli perspektivdə Rusiya ilə strateji saziş bağlamalıdır.

APA xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban Fransanın "LCI" telekanalına verdiyi müsahibəsində səsləndirib.

"Avropa gələcəkdə daha güclü olmalıdır. Rusiya ilə strateji saziş məhz güclü Avropa tərəfindən imzalanmalıdır", – deyə Orban bildirib.

Macarıstanın hökumət başçısı hesab edir ki, Avropa İttifaqı Rusiya ilə dialoqu davam etdirməlidir.

Orban Ukraynanın NATO və Aİ-yə üzv olması məsələsinə də toxunub.

Bildirib ki, Ukraynanın iqtisadi vəziyyəti qənaətbəxş olmadığından, bu ölkənin nə NATO-ya, nə də Avropa İttifaqına üzv olması mümkündür.

Onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyü bu qurum üçün ciddi problemlərə səbəb ola bilər.

Orban eyni zamanda Ukraynanın NATO-ya qoşulmasının qəbuledilməz olduğunu bildirib:

“Əgər Ukrayna NATO-ya üzv olarsa, bu, Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibəyə gətirib çıxaracaq. Geosiyasi reallıq belədir ki, hazırda bu üzvlük mümkün deyil . Rusiya ilə birbaşa qarşıdurma bizim maraqlarımıza uyğun deyil”, – macar siyasətçi vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !