Sizinxeber.az » DÜNYA » Avropa » Ukrayna kütləvi raket və PUA hücumuna məruz qalıb, 8 nəfər ölüb, yaralılar var - YENİLƏNİB-1

Ukrayna kütləvi raket və PUA hücumuna məruz qalıb, 8 nəfər ölüb, yaralılar var - YENİLƏNİB-1

Rusiya Ordusunun Ukraynaya kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində ölənlər var.

Sizinxeber.az-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, Kiyev vilayətinə raket və PUA zərbələri nəticəsində 3 nəfər ölüb.

Nikolayev vilayətində 1 nəfər, Xmelnits vilayətində isə 4 nəfər ölüb.

***

saat 05.25

Kiyevdə PUA hücumları nəticəsində 10 nəfər yaralanıb.

Sizinxeber.az xəbər verir ki, bu haqda şəhərin meri Vitali Kliçko məlumat verib.

"Onlardan ikisi həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib. 6 nəfərə yerindəcə yardım göstərilib. İkisi isə Şevçenkivski rayonunda müayinə olunur", - o yazıb.

Nikolayev vilayətində isə iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bunu Nikolayev meri Vitali Kim deyib.

Xarkovun Şevçenkivski rayonunda yaralıların sayı üç nəfərə çatıb. Xarkovda bir neçə yaşayış binasının şüşələri zədələnib. Şəhər meri İqor Terekovun sözlərinə görə, bir uşaq şüşə sınması nəticəsində xəsarət alıb və ona tibbi yardım göstərilib.

***

03:18

Rusiya ordusu PUA-larla Ukraynanın bir neçə şəhərinə hücum edib, bir çox bölgədə və Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işləyir.

Sizinxeber.az UNİAN-a istinadən xəbər verir ki, Kiyevdə vurulmuş PUA hissələri çoxmərtəbəli binanın üzərinə düşüb və nəticədə binanın həmin hissəsinin qismən dağılması qeydə alınıb.

PUA-nın düşdüyü yerdə həmçinin yanğın baş verdiyi, hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.

Bundan əlavə, Nikolaevskiy vilayətində də partlayışlar qeydə alınıb.

Xarkovda da partlayış səsləri eşidilib. Şəhərin meri İqor Terexov bildirib ki, PUA düşən yerlərin birində yanğın baş verib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !