Ukraynanın bir neçə bölgəsi PUA hücumuna məruz qalıb, 10 nəfər yaralanıb - YENİLƏNİB
Kiyevdə PUA hücumları nəticəsində 10 nəfər yaralanıb.
APA xəbər verir ki, bu haqda şəhərin meri Vitali Kliçko məlumat verib.
"Onlardan ikisi həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib. 6 nəfərə yerindəcə yardım göstərilib. İkisi isə Şevçenkivski rayonunda müayinə olunur", - o yazıb.
Nikolayev vilayətində isə iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bunu Nikolayev meri Vitali Kim deyib.
Xarkovun Şevçenkivski rayonunda yaralıların sayı üç nəfərə çatıb. Xarkovda bir neçə yaşayış binasının şüşələri zədələnib. Şəhər meri İqor Terekovun sözlərinə görə, bir uşaq şüşə sınması nəticəsində xəsarət alıb və ona tibbi yardım göstərilib.
***
03:18
Rusiya ordusu PUA-larla Ukraynanın bir neçə şəhərinə hücum edib, bir çox bölgədə və Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işləyir.
APA UNİAN-a istinadən xəbər verir ki, Kiyevdə vurulmuş PUA hissələri çoxmərtəbəli binanın üzərinə düşüb və nəticədə binanın həmin hissəsinin qismən dağılması qeydə alınıb.
PUA-nın düşdüyü yerdə həmçinin yanğın baş verdiyi, hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.
Bundan əlavə, Nikolaevskiy vilayətində də partlayışlar qeydə alınıb.
Xarkovda da partlayış səsləri eşidilib. Şəhərin meri İqor Terexov bildirib ki, PUA düşən yerlərin birində yanğın baş verib.
Oxşar xəbərlər
Kiyevə hücum nəticəsində doqquz nəfər həlak olub, 70 nəfər yaralanıb - YENİLƏNİB
Ukrayna kütləvi raket hücumuna məruz qalıb, 9 ölü, 63 yaralı - YENİLƏNİB 2
Kiyevdə Rusiyanın raket hücumu nəticəsində yaralananların sayı 45-ə yüksəlib
Rusiya ordusu Kiyev bombalayıb, ölənlər və yaralılar var
Rusiya ordusu Kiyevi bombalayıb, ölənlər və yaralılar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













