KİV: Britaniya İsrailin müdafiə naziri və maliyyə nazirinə qarşı sanksiyalar tətbiq edə bilər
Böyük Britaniya İordan çayının qərb sahilində fələstinlilərin hüquqlarının pozulmasına görə İsrailin Nazirlər Kabinetinin bəzi əsas üzvlərinə sanksiya tətbiq etmək üçün digər ölkələrlə planlar hazırlayır.
APA xəbər verir ki, bu barədə “TheTimes” qəzeti məlumat yayıb.
Məlumata görə, qara siyahıya digərləri ilə yanaşı, İsrailin maliyyə naziri Bezalel Smotriç, müdafiə naziri İsrael Kats və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də daxil ola bilər.
Mayın 20-də London artıq İsrailin yeddi fiziki şəxsinə və qurumuna qarşı sanksiyalar tətbiq edib.
Britaniya bundan başqa İsrailin Qəzza zolağında yeni hərbi əməliyyatları səbəbilə azad ticarət sazişi üzrə İsraillə danışıqları dayandırdığını açıqlayıb.
Oxşar xəbərlər
Böyük Britaniya İsrail və Çinə sanksiyalar tətbiq edə bilər
Britaniya Şimali Koreyanın müdafiə naziri və generallarına sanksiya tətbiq edib
İsrailin maliyyə naziri Bezalel Smotriç istefa verib
İsrailin milli təhlükəsizlik naziri ölkəsini Qəzza ilə bağlı danışıqları dayandırmağa çağırıb
KİV: İtamar Ben-Qvir İsrailin Nazirlər Kabinetinə qayıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
