Britaniya Gürcüstanın Baş prokuroruna sanksiya tətbiq edib
Böyük Britaniya daha dörd Gürcüstan vətəndaşını sanksiyalar siyahısına əlavə edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyinin (Xəzinə Departamenti) saytında məlumat dərc edilib.
Sanksiya tətbiq edilənlər arasında Baş prokuror Giorgi Qabitaşvili, daxili işlər nazirinin müavini Şalva Bedoidze, xüsusi tapşırıqlar departamentinin direktorunun müavini Mirza Kezevadze və Xüsusi Təhqiqat Xidmətinin rəisi Karlo Katsitadzedir.
Qeyd olunub ki, adıçəkilən şəxslərə maliyyə sanksiyaları tətbiq edilib, onların aktivləri dondurulub. Əlavə olaraq sanksiya tətbiq edilən şəxslərlə maliyyə fəaliyyətləri qadağan edilib və sanksiyaların pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulacaq.
Xatırladaq ki, Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla bir sıra hüquq mühafizə orqanlarının bir sıra rəhbər şəxslərinə sanksiya tətbiq edib.
Oxşar xəbərlər
Britaniya Gürcüstanın daxili işlər nazirinə sanksiya tətbiq edib
Kobaxidze ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi DİN rəhbərini özünə müavin təyin edib
Rusiya 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib
ABŞ Gürcüstanın daxili işlər nazirinə sanksiya tətbiq edib
ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi Gürcüstan DİN əməkdaşlarına “Şərəf” ordeni veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













