Almaniya NATO-nun şərq cinahına daimi qoşun yerləşdirməyə başlayıb
Almaniya NATO-nun şərq cinahını gücləndirmək məqsədilə tarixində ilk dəfə olaraq daimi xaricə qoşun yerləşdirməyə başlayıb.
APA-nın məlumatına görə, bu barədə "Politico" məlumat yayıb.
Bildirilib ki, Almaniyanın yeni yaradılmış 45-ci Zirehli Briqadası Litvada keçirilən mərasimlə rəsmi olaraq fəaliyyətə başlayıb.
Briqadanın komandiri Kristof Huber bu əməliyyatın əsas məqsədinin Litvanın təhlükəsizliyini təmin etmək və NATO-nun şərq cinahını qorumaq olduğunu qeyd edib.
Huberin sözlərinə görə, bu missiya yalnız Litva və NATO-nun ərazisinin təhlükəsizliyini deyil, həm də Almaniyanın təhlükəsizliyini təmin etmək məqsədini daşıyır.
Yeni bölmə 2027-ci ilə qədər tam şəkildə fəaliyyətə başlayacaq və sonda Litvadan təxminən 30 km cənubda, Rudninkayda yeni bir hərbi kompleksdə yerləşəcək. Həmin vaxta qədər qoşunlar müvəqqəti olaraq Litva bazalarından fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Britaniyanın 300 hərbçisi NATO təlimlərində iştirak üçün Çexiyadan keçəcək
Baltik dənizi regionunda NATO-nun yeni komanda mərkəzi fəaliyyətə başlayıb
Litvada NATO qoşunlarının iştirakı ilə təlimlər başlayır
Bu il Rusiya hərbi təyyarələri 300 dəfə NATO hava məkanına yaxınlaşıb
Finlandiya prezidenti: NATO Trampın prezidentliyindən sonra daha güclü olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













