Finlandiya prezidenti: NATO Trampın prezidentliyindən sonra daha güclü olacaq
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daha da güclü olacaq və hətta Donald Trampın 4 ildən sonra ABŞ prezidenti kimi səlahiyyət müddəti başa çatdıqdan sonra Ukraynanı öz sıralarına qəbul edə bilər.
Sizinxeber.az xəbər verir ki, bu fikri Finlandiya prezidenti Aleksandr Stubb Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində bildirib.
“Ümid edirəm ki, o zaman biz daha güclü NATO-nu görəcəyik. Amma bu, mütləq Amerika üzvlüyünə malik NATO olacaq - mənim buna bir an belə şübhəm yoxdur”, - Stubb bildirib.
Finlandiya prezidenti belə bir fikri ifadə edib: “Birləşmiş Ştatlar heç bir başqa alyansda öz təhlükəsizliyini təmin edə və Avropadakı maraqlarını bu qədər etibarlı və ucuz şəkildə təmin edə bilməz. Ona görə də mən nikbinəm ki, dörd ildən sonra bizim ittifaq daha da möhkəmlənəcək və bəlkə də o zaman Ukrayna üzv olacaq”.
Prezident hesab edir ki, Trampın dövründə NATO üzvlərinə hərbi xərcləri artırmaq üçün təzyiqlər artmağa davam edəcək.
Oxşar xəbərlər
Finlandiya lideri: NATO və Aİ Ukraynanı qəbul etməlidir
Stubb: Finlandiya Ukraynanı uzaqmənzilli silahlarla təmin etməyə hazır deyil
Rutte NATO-nun Baltik dənizində hərbi iştirakını artıracağını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
