Gürcüstan parlamenti “vətənə xəyanət” maddəsinin geri qaytarılmasını dəstəkləyib
Gürcüstan parlamenti “vətənə xəyanət” maddəsinin geri qaytarılmasını dəstəkləyib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, qanunvericiliyə dəyişikliyi parlamentin 83 deputat dəstəkləyib. Qanun layihəsinə əsasən Cinayət Məcəlləsinə vətənə xəyanətə görə cinayət məsuliyyəti nəzərdə tutan 307-ci maddə əlavə ediləcək. Sözügedən normaya əsasən, Gürcüstanın ərazi bütövlüyünün pozulmasına, konstitusiyaya zidd əməllərə yol verən şəxslər, Gürcüstanın xarici təhlükəsizliyini pozanlar, xarici kəşfiyyat agentlikləri ilə əməkdaşlıq edənlər, Gürcüstanın müdafiə imkanlarının pozulması, dövlət sirlərinin açılması, casusluq, konstitusiya quruluşunun zorla devrilməsinə cəhd, xarici ölkənin təxribatına yardım kimi fəaliyyətlərə yol verənlər vətənə xəyanətdə ittiham ediləcəklər.
Qanun layihəsinin təşəbbüskarları və müəllifləri hakim “Gürcü Arzusu” fraksiyası və Xalqın Gücü siyasi hərəkatının üzvləridir.
Oxşar xəbərlər
Gürcüstan parlamenti “xarici agentlər” qanununun daha sərt versiyasını dəstəkləyib
Avropa Parlamenti Zurabişvilini Gürcüstan prezidenti kimi tanıyan qətnamə qəbul edib
Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib - YENİLƏNİB
Vətənə xəyanətdə ittiham olunan İqbal Əbilovun şikayəti təmin olunmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
