Polşanın müdafiə naziri: NATO ölkələri hərbi xərcləri sürətlə artıra bilməyəcək
sizinxeber.az xəbər saytı

Polşanın müdafiə naziri: NATO ölkələri hərbi xərcləri sürətlə artıra bilməyəcək


NATO ölkələri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hərbi xərclərin 5%-ə qədər artırılması tələbini yalnız 10 ildən sonra ödəyə biləcək.

Sizinxeber.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Financial Times-a müsahibəsində deyib.

“Trampın tələblərini yerinə yetirmək üçün daha on il lazım olacaq, amma məncə o, həqiqətən də bu iddialara görə tənqid edilməməlidir, çünki əks halda bəzi ölkələr hərbi ehtiyaclar üçün əlavə xərclərin zəruri olub-olmaması barədə mübahisə etməyə davam edəcəklər” – nazir deyib.

Nazirin sözlərinə görə, Polşa da müdafiə xərclərini artırmaq üçün əlavə imkanlar axtarmalıdır.

"Əgər COVID-19-dan (pandemiyadan) xilas olmaq üçün yaranan borcumuzu ödəyə bilsək, o zaman özümüzü müharibədən qorumağa da mütləq pul tapmalıyıq" - Kosinyak-Kamış bildirib.

Qeyd edək ki, Donald Tramp NATO ölkələrinin hərbi xərclərinin artırılacağını bildirmişdi. Almaniya kansleri Olaf Şolz artıq Amerika administrasiyasının gələcək rəhbərinin tələbinə qarşı çıxıb.

Oxşar xəbərlər

NATO ölkələri hərbi xərcləri artıracaq
“The Times”: Britaniya 10 il ərzində müdafiə xərclərini 14% artırıb
Trampın seçilməsi Kanadanın müdafiə xərclərini artırmasına təsir etməyəcək
Müdafiə naziri: Türkiyə ŞƏT-lə əlaqələrdə maraqlıdır, amma NATO öhdəliklərinin icrası prioritetdir
Polşa XİN Prezident Dudanı bəyanatına görə tənqid edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər