“The Times”: Britaniya 10 il ərzində müdafiə xərclərini 14% artırıb
Böyük Britaniyanın müdafiə xərcləri 2012-2022-ci illər arasında 14% artıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, oktyabrda Böyük Britaniya Xəzinədarlığı gələn il hərbi ehtiyaclar üçün 56,9 milyard funt sterlinq (71,3 milyard dollar) ayrılmasını təsdiqləyib.
Böyük Britaniyanın baş naziri Keir Starmer daha əvvəl Londonun müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artırmaq niyyətində olduğunu demişdi.
Lakin o, bu məqsədə nə vaxta qədər çatmağın planlaşdırıldığı ilə bağlı məlumat verməmişdi.
Xatırladaq ki, bu ilin dekabrın 20-də “Financial Times” qəzeti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın öz nümayəndələri vasitəsilə bir sıra Avropa NATO müttəfiqlərinə müdafiə xərclərini ÜDM-nin 5%-nə çatdırmağı tələb etmək niyyəti barədə məlumat verdiyini yazıb.
Qeyd edək ki, Britaniya sonuncu dəfə 1980-ci illərin ortalarında soyuq müharibə zamanında müdafiəyə bu qədər vəsait xərcləyib.
Oxşar xəbərlər
Mask ABŞ-nin Avropanın müdafiəsi üçün xərclərini tənqid edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Trampa görə müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsveç gələn il müdafiə xərclərini 1,3 milyard dollar artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya müdafiə xərclərini artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp NATO üzvlərindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












