Baş nazir: Yalan və ədalətsizlik Avropa strukturlarında dərin kök salıb
Yalan və ədalətsizlik Avropa strukturlarında dərin kök salıb və bu, son dərəcə narahatlıq doğurur.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında deyib.
“1949-2008-ci illərdə Avropa İttifaqı bir növ ədalət simvolu idi. Bu gün isə yalan və ədalətsizliyin Avropa strukturlarında dərin kök salması son dərəcə narahatedicidir. Yalan və ədalətsizlik onda özünü göstərir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müsbət rəyinə baxmayaraq, Avropa strukturları hələ də seçkilərin nəticələrini rəsmən tanımayıblar. Avropalı siyasətçilərin və məmurların bir hissəsi açıq şəkildə bəyan edəndə ki, onlar üçün Gürcüstan yalnız “kollektiv milli hərəkat”ın hakimiyyətə qayıdışı şəraitində dəyərlidir, bu, başa düşülən deyil və gürcü cəmiyyətinə qarşı təhqirdir. Zorakı insanlar, qatillər, işgəncə verənlər, biznes reketləri, telekanalları oğurlayanlar və müharibə təşəbbüskarları ilə hər hansı bir əlaqə Gürcüstan cəmiyyətinin Avropa bürokratiyasına olan inamını sarsıdır və bu, bizi son dərəcə narahat edir”, - deyə Baş nazir bildirib.
Oxşar xəbərlər
Baş nazir: Gürcüstan 2028-ci ilə qədər Aİ ilə öhdəliklərinin 90%-dən çoxunu yerinə yetirmiş olacaq
Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən başlatmaq istəyir
Avropa Parlamentinin qətnaməsində Bidzina İvanişviliyə sanksiyaların tətbiq olunmasına çağırış edilib
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır
Baş nazir: Gürcüstan və Moldovada keçirilən seçkilərə fərqli qiymətləndirmələr ədalətsizdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












