Baş nazir: Gürcüstan 2028-ci ilə qədər Aİ ilə öhdəliklərinin 90%-dən çoxunu yerinə yetirmiş olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
noy
2024
16:50

Baş nazir: Gürcüstan 2028-ci ilə qədər Aİ ilə öhdəliklərinin 90%-dən çoxunu yerinə yetirmiş olacaq

30 noy, 2024
16:50
676

Baş nazir: Gürcüstan 2028-ci ilə qədər Aİ ilə öhdəliklərinin 90%-dən çoxunu yerinə yetirmiş olacaq

Gürcüstan 2028-ci ilə qədər Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Sazişi və Azad Ticarət Sazişi ilə bağlı öhdəliklərinin 90%-dən çoxunu yerinə yetirmiş olacaq.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

O, ölkəsinin 2030-cu ilədək Aİ-yə üzvlük namizədi olan ölkələr arasında ən hazırı olacağını qeyd edib. Kobaxidze qarşıdakı bir neçə ayın Gürcüstan üçün Ukraynada müharibənin başlamasından sonrakı üç ildən daha çətin olacağını qeyd edib.

Qeyd edək ki, Gürcüstan hökuməti noyabrın 28-də Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırdığını bəyan edib.

Bizimlə əlaqə saxlayın