Baş nazir: Gürcüstan və Moldovada keçirilən seçkilərə fərqli qiymətləndirmələr ədalətsizdir
Gürcüstan və Moldovada keçirilən seçkilərə dair fərqli qiymətləndirmələr ədalətsizlikdir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “POSTV”yə açıqlamasında deyib.
Baş nazir Moldovada siyasi və media pluralizminin olmadığını, partiyaların qadağan edildiyini, ölkəsinin əksər parametrlərə görə Moldovadan irəlidə olduğunu deyib.
“Moldovada kifayət qədər nüfuzlu namizədlər var idi ki, onların seçki qeydiyyatı süni bəhanələrlə rədd edildi. Rəqabət qabiliyyəti baxımından ciddi çatışmazlıqlar var idi. Mən digər məsələlərə diqqət yetirməyəcəm. Bu bizim üçün maraqlı deyil. Hər bir ölkə öz seçkilərinə baxmalıdır. Lakin ədalətsizlik göz qabağındadır. Moldovaya namizəd statusu verilib Gürcüstana verilməyəndə də eyni ədalətsizlik nümayiş olundu. Sonradan isə Gürcüstanla deyil, Moldova ilə danışıqlar başladıldı. Burada da ikili standart və tam ədalətsizlik var”, - deyə baş nazir bildirib.
Kobaxidze ölkəsinin korrupsiyaya qarşı mübarizə, iqtisadi inkişaf, insan haqları, demokratiya, siyasi plüralizm, media plüralizmi kimi bir çox parametrlərdə Moldovanı əhəmiyyətli dərəcədə qabaqladığını əlavə edib.
Oxşar xəbərlər
Kobaxidze: Harrisin qələbəsi Ukraynada müharibəni bir neçə ay uzadacaq
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən başlatmaq istəyir
Moldovada prezident seçkiləri keçiriləcək
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib












