Avropa İttifaqı Gürcüstan QHT-lərinə 120 milyon avro yönəldəcək
Avropa İttifaqı (Aİ) Gürcüstan QHT-lərinə 120 milyon avro yönəldəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Cozep Borel Xarici İşlər Şurasının iclasından öncə açıqlamasında deyib.
Borell həmçinin hökumətə yönəldilməsi nəzərdə tutulan 100 milyon avrodan çox məbləğin dondurulmasını təklif etdiyini qeyd edib. O, Aİ-nin xarici işlər nazirləinin bugünkü iclasında Gürcüstanla bağlı konkret qərarlar qəbul ediləcəyini vurğulayıb.
“Gürcüstan bu gün hamının müzakirə mövzusu olacaq. Konkret qərarlar veriləcək. Mənim təklifim odur ki, hökumətə gedən bəzi mühüm proqramları dəstəkləməyi dayandıraq. Söhbət 100 milyon avrodan çox puldan gedir ki, bu da dondurulacaq və hökumətin əvəzinə vətəndaş cəmiyyəti sektoruna yönəldiləcək. Biz bu pulu, təxminən 120 milyon avronu ədalətli seçkilər uğrunda apardıqları mübarizəyə dəstək vermək məqsədilə vətəndaş cəmiyyəti təşkilatlarına yönəldəcəyik. Avropa İttifaqının gürcü xalqına dəstəyi davam edəcək. Avropa İttifaqına üzvlük prosesi Gürcüstan hökuməti Aİ yoluna qayıdana qədər dayandırılıb. Bunun üçün çox şey dəyişdirilməlidir. Eyni zamanda, hökumətə ayrılan pulları da öz azadlığı uğrunda mübarizə aparan xalqa dəstək üçün istifadə edəcəyik”, - Borel bildirib.
Oxşar xəbərlər
Aİ Şurası Ermənistana 10 milyon avro yardım ayrılması ilə bağlı qərarı təsdiqləyib
Ermənistanın müdafiə qabiliyyətinin gücləndirməsinə Avropa Sülh Fondundan 10 milyon avro ayrılması müzakirə olunacaq
Avropa İttifaqı Livan üçün 500 milyon avro ayırıb
Rusiya XİN Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılmasına münasibət bildirib: Bu, əslində, müharibə fondudur
Aİ-nin XİN başçıları Gürcüstanı müzakirə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












