Afinada baş verən qarşıdurmalarda 12 polis və 2 yanğınsöndürən yaralanıb - YENİLƏNİB
Afinada İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası zamanı baş verən qarşıdurmada 12 polis və 2 yanğınsöndürən yaralanıb.
APA xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi (ANA-MPA) məlumat yayıb.
Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib, yanğınsöndürənlər isə asayiş keşikçilərinə müxtəlif əşyalar atıblar.
***
01:20
Yunan polisi İqlim Böhranının İdarə Edilməsi və Mülki Müdafiə Nazirliyinin qarşısında etiraz edən mövsümi yanğınsöndürənlərin mitinqini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
APA xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi (ANA-MPA) məlumat yayıb.
Yaz-payız yanğın təhlükəsi dövrü üçün mövsümi müqavilə ilə işə götürülən yanğınsöndürənlər onlarla 12 ay müddətinə müddətli əmək müqaviləsi bağlanması tələbi ilə nazirliyin yaxınlığında aksiya keçirib.
Axşam saatlarında nazirliyin binasına daxil olan yanğınsöndürənlər binanın simvolik zəbtini həyata keçirib, nəticədə polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edərək müdaxilə edib.
Öz növbəsində nazirlikdə olan yanğınsöndürənlər polisə müxtəlif əşyalar atıblar.
Oxşar xəbərlər
Yunanıstanda polis yanğınsöndürənlərin aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, 1 nəfər həlak olub, 4 nəfər xəsarət alıb
FHN Bakı metrosunda təlim keçirib - FOTO
FHN: Sabunçuda ağaclıq sahədə baş verən yanğın söndürülüb
Bakıda mənzildə yanğın olub, 1 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













