“Gürcü arzusu” 54,24% səslə seçkilərdə liderdir - YENİLƏNİB 2
Şənbə günü keçirilən parlament seçkilərində hakim "Gürcü arzusu" partiyası 54,24% səslə liderdir.
APA xəbər verir ki, bu haqda Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda seçki məntəqələrinin 97%-dən çoxunun məlumatlarının əl ilə sayıldığı bildirilir.
MSK-nın məlumatına görə, “Gürcü Arzusu” 54,243%, “Dəyişiklik Koalisiyası” 10,805%, “Birlik – Milli Hərəkat” partiyası 10,07%, “Güclü Gürcüstan” 8,722%, “Gürcüstan üçün Qaxariya” partiyası isə 7,725% səs toplayıb.
***
02:20
Hakim “Gürcü arzusu” partiyası 55,3% səslə seçkilərdə liderdir.
APA xəbər verir ki, bu haqda Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda seçki məntəqələrinin 54%-dən çoxunun məlumatlarının əl ilə sayıldığı bildirilir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu” 55,327%, “Dəyişiklik Koalisiyası” 10,529%, “Birlik – Milli Hərəkat” partiyası 9,755%, “Güclü Gürcüstan” 8,527%, “Gürcüstan üçün Qaxariya” 7,45% səs toplayıb.
***
21:36
Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticəsini açıqlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, 2137 seçki məntəqəsində səslərin sayılmasından sonra hakim partiya səslərin 52,943%-ni əldə edib.
MSK-nın məlumatına görə, ümumilikdə 5 partiya 5 faizlik seçki bariyerini keçib.
“Dəyişiklik üçün Koalisiya” 11,197%, əsas müxalifət partiyası “Vahid Milli Hərəkat” 9,797%, “Güclü Gürcüstan” 9,056%, “Qaxariya Gürcüstan üçün” 8,264% səs toplayıb.
Oxşar xəbərlər
“Gürcü arzusu” 55,3% səslə seçkilərdə liderdir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya irəlidədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan MSK: “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












