“Gürcü arzusu” 55,3% səslə seçkilərdə liderdir - YENİLƏNİB
Hakim “Gürcü arzusu” partiyası 55,3% səslə seçkilərdə qalib gəlib.
APA xəbər verir ki, bu haqda Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda seçki məntəqələrinin 54%-dən çoxunun məlumatlarının əl ilə sayıldığı bildirilir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu” 55,327%, “Dəyişiklik Koalisiyası” 10,529%, “Birlik – Milli Hərəkat” partiyası 9,755%, “Güclü Gürcüstan” 8,527%, “Gürcüstan üçün Qaxariya” 7,45% səs toplayıb.
***
21:36
Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticəsini açıqlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, 2137 seçki məntəqəsində səslərin sayılmasından sonra hakim partiya səslərin 52,943%-ni əldə edib.
MSK-nın məlumatına görə, ümumilikdə 5 partiya 5 faizlik seçki bariyerini keçib.
“Dəyişiklik üçün Koalisiya” 11,197%, əsas müxalifət partiyası “Vahid Milli Hərəkat” 9,797%, “Güclü Gürcüstan” 9,056%, “Qaxariya Gürcüstan üçün” 8,264% səs toplayıb.
Oxşar xəbərlər
Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya irəlidədir
Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Gürcüstanda seçkilərin eksitpol nəticələri açıqlanıb
Ukrayna XİN “Gürcü Arzusu”nun seçki kampaniyasını qınayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













