Gürcüstan DTX seçkiqabağı rəsmilərin saxta görüntülərinin yayımlanacağı ilə bağlı xəbərdarlıq edib
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) müəyyən siyasi dairələrlə əlaqəli qrupların seçkilərdən bir neçə gün öncə hökumət rəsmilərinin saxta səs yazıları və görüntülərini paylaşmağı planlaşdırdığı barədə məlumat yayıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, qurumun bəyanatında həmin materialların süni intellekt və digər müasir texnologiyalarla hazırlandığı qeyd olunub. Bildirilib ki, saxta materialların məqsədi Gürcüstan hökumətinin qolları arasında ixtilaf yaratmaq, hökumətin kilsə ilə, eləcə də Qərb tərəfdaşları ilə münasibətləri korlamaqdır.
Bəyanatda qeyd edilib ki, yekun hədəf ölkədə qeyri-sabitlik yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etməkdir.
Oxşar xəbərlər
Veymar Üçbucağı: Gürcüstanın Aİ-yə üzvlük prosesinin de-fakto dayandırılmasına təəssüflənirik
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
Gürcüstan Baş nazirinin adı Baydenin qəbul siyahısından çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













