Gürcüstan parlamentinin sədri Kobaxidzenin Baydenin qəbul siyahısından çıxarılmasını təsdiqləyib  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gürcüstan parlamentinin sədri Kobaxidzenin Baydenin qəbul siyahısından çıxarılmasını təsdiqləyib - YENİLƏNİB


Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Baş nazir İrakli Kobaxidzenin Bayden administrasiyasının rəsmi qəbulunun dəvətliləri siyahısından çıxarılmasını təsdiqləyib.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, parlament sədri jurnalistlərə açıqlamasında Bayden administrasiyasının bu addımının qeyri-ciddi olduğunu və Gürcüstanın daxili siyasətinə müdaxilə cəhdi olduğunu qeyd edib.

“Özlərinin göndərdikləri dəvəti ertəsi gün geri götürdülər. Bu cür davranış ümumiyyətlə qeyri-ciddidir. Administrasiya tərəfindən gördüklərimiz, ilk növbədə, Amerika və onun xalqına qarşı təhqirdir. Digər tərəfdən, bəzən bu cür hərəkətlər nə qədər anlaşılmaz olsa da müxalifətin vəziyyətinin birbaşa göstəricisidir. Müxalifətin vəziyyəti o qədər acınacaqlıdır ki, hətta ABŞ administrasiyası müxalifətə danışmağa mövzu vermək üçün heç bir standartdan aşağı hərəkətdən çəkinmir. Təəssüf ki, bu da ölkənin daxili siyasətinə müdaxilənin təzahürlərindən biridir. İllərdir ki, ABŞ administrasiyası bizi strateji tərəfdaş adlandırır, onlar heç olmasa gürcü xalqından qonaqpərvərliyi öyrənməlidirlər”, - deyə Şalva Papuaşvili bildirib.

***

10:49


ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarıb.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “Amerikanın səsi” administrasiya və konqresdəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Co Bayden sentyabrın 25-də Nyu-Yorkda ənənəvi qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini qəbul edəcək. Məlumata görə, Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze daha əvvəl ABŞ prezidentinin qəbuluna dəvət olunanlar siyahısında olub, lakin Bayden administrasiyası dəvəti ləğv edib.

Yüksək səviyyəli administrasiya rəsmisi və Konqresdəki digər mənbə “Amerikanın Səsi”nə dəvətin ləğv edildiyini təsdiqləyib.

Məlumata görə, administrasiya baş nazirin dəvətini ləğv etməklə yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş nazir Kobaxidze ilə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan arasında görüşdən də imtina edib.

Məlumata görə, buna səbəb Gürcüstan hökumətinin son hərəkətləri və bəyanatları, “xarici agentlər” qanununu qəbul etməsi, həmçinin yerli qeyri-hökumət təşkilatlarına qarşı münasibətidir.

“Amerikanın səsi”nin məlumatına görə, Gürcüstan hökuməti ilə ABŞ arasında son kommunikasiya zamanı rəsmi Tbilisi öz kursunu dəyişəcəyinə ümid verməyib.

Oxşar xəbərlər

Gürcüstan Baş nazirinin adı Baydenin qəbul siyahısından çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər