ABŞ, Böyük Britaniya və Aİ süni intellekt standartlarına dair saziş imzalayacaq
ABŞ, Böyük Britaniya və Avropa İttifaqının süni intellektdən istifadəyə dair ilk hüquqi qüvvəyə malik beynəlxalq sazişi imzalayacağı gözlənilir.
APA xəbər verir ki, bu haqda “Financial Times” məlumat yayıb.
Sazişin Kanada, Yaponiya və Avstraliya da daxil olmaqla 50-dən çox ölkə tərəfindən hazırlandığı və bu müqavilənin dünyanın ilk beynəlxalq süni intellekt müqaviləsi olaraq yaxın zamanlarda imzalanacağı bildirilir.
Məlumatda ABŞ-ın, süni intellekt texnologiyalarının insan hüquqlarına və demokratik dəyərlərə hörmətini dəstəklədiyi bildirilir.
Avropa Şurasının insan haqları, demokratiya və qanunun aliliyinə toxunan süni intellekt çərçivə sazişi Süni İntellekt Komitəsi (CAI) tərəfindən hazırlanıb.
Avropa Birliyini təmsil edən Aİ Komissiyası, sentyabrın 5-də Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Şurası ədliyyə nazirlərinin qeyri-rəsmi konfransında Avropa Şurasının Süni intellekt üzrə Çərçivə Konvensiyasının imzalandığını açıqlayıb.
Qeyd edək ki, Avropa Şurası bu ilin mayında süni intellektlə bağlı ilk beynəlxalq konvensiyanı qəbul edib.
Oxşar xəbərlər
Aİ, Böyük Britaniya və ABŞ süni intellektdən istifadəyə dair konvensiya imzalayıb
Avropa İttifaqı, Britaniya və ABŞ süni intellekt sahəsində rəqabəti uyğunlaşdırmaq niyyətindədir
XI Qlobal Bakı Forumu başa çatıb
ABŞ, Britaniya və Avstraliya süni intellektə malik PUA sınaqdan keçirib
“Google”, “Amazon” və “Microsoft” İsrailin Qəzzadakı əməliyyatlarına dəstək verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












