KİV: Türkiyə BRICS-ə üzvlük üçün müraciət edib
Türkiyə BRICS-ə daxil olmaq üçün müraciət edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir ki, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir. Daha sonra isə Azərbaycan rəsmi olaraq bu təşkilata üzvlük üçün müraciət edib.
Əlavə edək ki, təşkilat onu təsis edən ölkələrin - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingilis dilində baş hərflərinə uyğun olaraq BRİCS adlandırılıb.
Hazırda isə təşkilatın 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri.
Oxşar xəbərlər
Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib
Azərbaycan BRICS-ə üzvlük üçün müraciət edib - RƏSMİ
Bu il Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsi 6 mlrd. dollara yaxınlaşıb
Türkiyəli deputat: Azərbaycanın BRİCS-ə üzv olması təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
