Bu il Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsi 6 mlrd. dollara yaxınlaşıb
2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837,895 milyon ABŞ dolları təşkil edib.
“Sizinxeber.az-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.2% və ya 490.3 milyon ABŞ dolları çoxdur.
Hesabat dövründə Azərbaycandan BRICS ölkələrinə ixrac 1 milyard 283,071 milyon ABŞ dolları, BRICS ölkələrindən idxal isə 4 milyard 554,824 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu dövrdə BRICS ölkələri ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 21.7%-nə bərabər olub.
Xatırladaq ki, 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin BRICS qrupunu yaradıb. Dörd il sonra Cənubi Afrika da ona qoşulduqdan sonra, təşkilat BRICS adlanmağa başlayıb. Bu ildən Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata üzv olub. Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib.
Oxşar xəbərlər
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
