Kürşat Zorlu Azərbaycana təşəkkür edib
“İsrailin bu əsassız qərarını dərhal rədd edərək onları həqiqətlərlə üzləşməyə dəvət edən qardaş Azərbaycana xüsusilə təşəkkür edirəm”.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavinii, Böyük Millət Məclisinin üzvü Kürşat Zorlu, İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi və Türkiyə tərəfindən “tarixi həqiqətlərlə uzlaşmayan” kimi qiymətləndirilən qərara münasibət bildirib.
Zorlu qeyd edib ki, həmin qərar təkcə Türkiyəyə deyil, eyni zamanda Türk dünyasının tarixi və mədəni bağlarına qarşı yönəlmiş düşmənçilik xarakterli yanaşmanın məhsuludur və heç bir hüquqi qüvvəsi yoxdur.
O, Azərbaycan tərəfinin bu qərarı rədd edərək İsraili həqiqətlərlə üzləşməyə çağırmasını alqışlayıb və buna görə təşəkkür edib.
“Bu əsassız qərarı dərhal rədd edərək İsraili həqiqətlərlə üzləşməyə dəvət edən qardaş Azərbaycana xüsusilə təşəkkür edirəm. Türk dünyasının geosiyasi və geostrateji baxımdan hər keçən gün güclənən və geniş coğrafiyaları sülh, əmin-amanlıq və rifaha çağıran mövqeyi Netanyahu hökumətinin ən böyük narahatlıqlarından birinə çevrilmişdir. Onların məqsədlərindən biri də bu mövqe və istiqaməti pozmaqdır”, - o qeyd edib.
Oxşar xəbərlər
Türkiyə XİN: İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır
Türkiyəli millət vəkili: Yaşadığı ərazilərdən köçkün düşmüş azərbaycanlıların hüquqları bərpa edilməlidir
Şamil Ayrım: "Minsk Qrupu buraxılmalıdır”
Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik
Ərdoğanın Gürcüstana səfəri gözlənilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
