Türkiyə XİN: İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır
“İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır”.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin İsrail hökumətinin “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini yekdilliklə dəstəkləyərək Knessetə təqdim etməsi ilə bağlı yaydığı bəyanatda öz əksini tapır.
Bəyanatda bildirilib ki, bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistemli zorakılıq həyata keçirən və Beynəlxalq Ədalət Məhkəməsində Qəzzada soyqırım ittihamı üzrə araşdırılan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla öz cinayətlərini ört-basdır etməyə çalışır.
Həmçinin vurğulanıb ki, hüquqi və tarixi həqiqətləri görməzlikdən gələn bu addım Beynəlxalq Cinayət Məhkəməsində fələstinlilərə qarşı törədildiyi iddia olunan cinayətlərlə bağlı aparılan istintaq çərçivəsində barəsində həbs qərarı çıxarılmış Baş nazir Benyamin Netanyahu və digər şəxslərin düşdüyü vəziyyəti bir daha nümayiş etdirir.
“Türkiyə İsrailin regiondakı genişlənməyə yönəlmiş və sabitliyi pozan siyasətinə son qoyulması, həmçinin Benyamin Netanyahu hökumətinin başda Fələstin xalqı olmaqla mülki şəxslərə qarşı törətdiyi cinayətlərə görə hüquq qarşısında cavab verməsi üçün qətiyyətlə çalışmağa davam edəcək”, - bəyanatda qeyd olunur.
Qeyd edək ki, İsrail hökuməti rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib və layihə səsvermə üçün Knessetin (parlament) plenar iclasının gündəliyinə çıxarılacaq.
Oxşar xəbərlər
Tramp 1915-ci il 24 apreldə baş verən hadisələri “soyqırımı” adlandırmayıb
Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
XİN başçısı: Türkiyə və İsrailin Azərbaycanda keçirilən təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
