Bəqai: NATO ABŞ-nin İrana hücumlarını dəstəkləyir
sizinxeber.az xəbər saytı

Bəqai: NATO ABŞ-nin İrana hücumlarını dəstəkləyir


İran NATO Baş katibi Mark Ruttenin bəyanatlarını ABŞ-nin İslam Respublikasına hücumlarının alyans tərəfindən dəstəklənməsi sayır.

"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib.

"İranlılar yalnız ABŞ və İsrailə qarşı mübarizə aparmır, digər ölkələrin də hücumlarda iştirakının yeni aspektləri aydınlaşır", - o əlavə edib.

İ. Bəqai mətbuat konfransında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əməkdaşları üçün İranın zədələnmiş nüvə obyektlərinə girişin bloklandığını da xatırladıb:

"Agentlik bu məsələdə səhlənkarlıq göstərib və biz Qrossiyə (Rafael Qrossi AEBA-nın baş direktoru – red.) seçkiqabağı təşviqat əvəzinə, öz vəzifələrini daha məsuliyyətlə yerinə yetirməyi tövsiyə edirik".

Xatırladaq ki, NATO-nun Baş katibi Mark Rutte Tehranın nüvə və raket proqramlarının zəiflədilməsini Avropa və Yaxın Şərqin təhlükəsizliyi üçün vacib hesab edir. O, ABŞ-nin İrandakı əməliyyatlarını da tam dəstəkləyib.

Qrossi isə AEBA-nın Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmalar çərçivəsində yaxın vaxtlarda İranın nüvə obyektlərində yoxlamalara başlamağı planlaşdırdığını bildirib.

Oxşar xəbərlər

İran XİN: AEBA nümayəndə heyəti İrana səfər edəcək
AEBA-nın Baş direktoru bu həftə İrana gedəcək
XİN rəsmisi: AEBA baş direktorunun müavininin Tehrana səfəri planlaşdırılıb
Qrossi: AEBA İranın yüksək zənginləşdirilmiş uranın saxlanma yerini dəyişmədiyini hesab edir
AEBA-nın baş direktoru İrana gedəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər