Gürcüstan XİN Rusiyanın Abxaziyadakı hava limanından qanunsuz istifadəsinə dair etiraz bəyanatı yayıb
sizinxeber.az xəbər saytı

Gürcüstan XİN Rusiyanın Abxaziyadakı hava limanından qanunsuz istifadəsinə dair etiraz bəyanatı yayıb


Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın Abxaziya bölgəsində yerləşən Suxumi Hava Limanından qanunsuz istifadəsinə dair etiraz bəyanatı yayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bəyanatda Gürcüstanın işğal altındakı Abxaziya bölgəsi ilə hava nəqliyyatının başladılmasından narahatlıq ifadə olunub.

“Rusiya aviaşirkətinin 2025-ci il mayın 1-də işğal olunmuş Abxaziya bölgəsinə qanunsuz uçuş həyata keçirməsi, eləcə də işğal rejimi ilə bağlanmış Suxumi Hava Limanının Rusiyaya verilməsi və istismarı haqqında qondarma saziş Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü, işğal altındakı ərazilərə dair qanununu, beynəlxalq hüququn əsas norma və prinsiplərini, o cümlədən həm Gürcüstanın, həm də Rusiya Federasiyasının üzv olduğu BMT Nizamnaməsini və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Konvensiyasını kobud şəkildə pozur”, -bəyanatda qeyd edilib.

Bəyanatda mayın 1-dən Abxaziya ilə dəmir yolu əlaqəsinin bərpa olunmasından da narahatlıq ifadə olunub.

“Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını beynəlxalq öhdəliklərini, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı Konvensiyası və Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs sazişi üzrə öhdəliklərini yerinə yetirməyə çağırır”,- qeyd edilib.

Oxşar xəbərlər

Gürcüstan XİN: Rusiyanın Suxumi hava limanından istifadə etməsi suverenliyin pozulmasıdır
Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Gürcüstan parlamentinin sədri Abxaziyada baş verən hadisələrə münasibət bildirib
Gürcüstan XİN rəhbəri ATƏT Baş katibi ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər