Ukrayna səkkiz gün ərzində ikinci dəfə Permdə "Lukoyl"un zavoduna zərbə endirib
Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından (NEZ) biri olan Permdəki "Lukoyl-Permnefteorgsintez"ə (PNOS) səkkiz gün ərzində ikinci dəfə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin bildirib.
"Bu gün Perm diyarının sənaye meydançalarından birinə Ukrayna pilotsuz uçuş aparatı ilə hücum edilib. İşçilər təhlükəsizlikdədir. Xəsarət alanlar və ciddi dağıntılar yoxdur. Sakinlərin həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur", - onun bəyanatında bildirilib.
Qubernator qeyd edib ki, kimyəvi təhlükə yoxdur və əlavə edib ki, regionda "PUA təhlükəsi və "Kover" rejimi" qüvvədə qalır.
"Lukoyl-Permnefteorgsintez" (PNOS) - Permdə yerləşən, Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. "Lukoyl" qrupuna daxil olan müəssisə ildə 13 milyon tondan çox neft, o cümlədən benzin, dizel yanacağı, aviasiya kerosini və sürtkü yağları emal edir.
Oxşar xəbərlər
Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib
Ukrayna Orskdakı neft emalı zavoduna və "Transneft"in Permdəki obyektinə hücum edib
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Ukrayna Samara və Nijni Novqorodda enerji infrastrukturuna zərbələr endirib
Ukrayna dronları "Transneft"ə məxsus neft stansiyasına zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
