Britaniya Ukraynaya 35 milyon funt-sterlinq ayırıb, Rusiyaya sanksiyalar tətbiq edib
Böyük Britaniyanın Baş naziri Keir Starmer Ukraynaya 35 milyon funt-sterlinq məbləğində maliyyə yardımı və Rusiya əleyhinə yeni sanksiyaları elan edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə krallıq hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.
Məhdudiyyətlər Rusiyanın Ukraynanın kritik infrastrukturuna ardıcıl və genişmiqyaslı hücumları ilə izah edilib.
Rəsmi Londonun Ukrayna hökumətinə ayırdığı 35 milyon funt-sterlinq yardıma gəlincə, bu məbləğin 20 milyonu enerji infrastrukturunun bərpasına, 15 milyon funt-sterlinq isə humanitar məqsədlərə sərf olunacaq.
Digər tərəfdən, 21 min ailənin yaşadığı mənzillərin təmiri və istilik sistemləri ilə təchizatına 10 milyon funt-sterlinq sərf olunacaq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə isə bu ölkəyə daha 10 milyon funt-sterlinq ayrılacaq.
Məlumatda həmçinin qeyd edilib ki, məhdudiyyətlər Rusiyanın hasil etdiyi neft və neft məhsullarını daşıyan 20-dən çox tankerinə də şamil olunacaq. Bununla da adıçəkilən ölkənin məhdudiyyətlərlə üzləşən tankerlərinin sayı 100-ə çatacaq.
Oxşar xəbərlər
Britaniya Ukraynaya 600 milyon funt sterlinq dəyərində yardım elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Çelsi" futbolçuların satışından 200 milyon funt-sterlinq qazanmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Rusiyanın aktivləri hesabına Ukraynaya 2,26 milyard funt sterlinq verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
2 aya 72 milyon qazandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Siti"nin illik gəliri ötən ilə nisbətən artaraq rekord həddə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












