SIPRI: 2024-cü ildə dünyada hərbi xərclər 9,4 % artıb
Ötən il qlobal hərbi xərclər 2023-cü ildən 9,4 % artaraq 2,718 trilyon dollara çatıb. Bu, “soyuq müharibə” bitdikdən sonra illik müqayisədə ən böyük artımdır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatında məlumat yayıb.
İnstitutun ekspertləri qeyd ediblər ki, dünyanın bütün regionlarında hərbi xərclər artıb, xüsusilə Avropa və Yaxın Şərqdə sürətli artım müşahidə olunub. Beş ölkə - ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan - dünyanın ümumi hərbi xərclərinin 60 %-ni təşkil edib və ümumi xərclər 1,635 trilyon dollar təşkil edib.
2024-cü ildə ümumilikdə 15 ölkə ən çox müdafiə xərclərini artırıb. Qlobal ÜDM-in hərbi ehtiyaclara ayrılan payı 2024-cü ildə 2,5 %-ə yüksəlib.
"2024-cü ildə 100-dən çox ölkə hərbi xərclərini artırıb. Hökumətlər tez-tez digər büdcə maddələri hesabına hərbi təhlükəsizliyə daha çox diqqət ayırdıqları üçün iqtisadi və sosial kompromislər uzun illər cəmiyyət üçün əhəmiyyətli nəticələrə səbəb ola bilər", - SIPRI-nın hərbi xərclər və silah istehsalı proqramının tədqiqatçısı Ksyao Lyan hesabatı şərh edib.
Oxşar xəbərlər
SIPRI: 2024-cü ildə dünyada hərbi xərclər rekord 9,4 % artıb
SIPRI: 2020-2024-cü illərdə Avropanın silah idxalı 155% artıb
Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb
İspaniya son 10 ildə hərbi xərclərini 70 % artırıb
İran hərbi büdcəsini 200 faiz artırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












