Vuçiç: Serbiya ABŞ ilə əməkdaşlıq etmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Vuçiç: Serbiya ABŞ ilə əməkdaşlıq etmək niyyətindədir


Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, Serbiya Birləşmiş Ştatlarla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Sizinxeber.az xəbər verir ki, bu barədə o, ABŞ Dövlət Departamentinin nümayəndəsi Brendon Hanrahanla görüşdən sonra sosial şəbəkə hesabında paylaşım edib.

“Serbiya ilə ABŞ arasında strateji tərəfdaşlıq və əməkdaşlığın enerji sahəsindən süni intellektə qədər bütün istiqamətlər üzrə inkişafını müzakirə etdik. İki ölkə arasında məhsuldar iqtisadi əməkdaşlıq münasibətlərimizin əsasını təşkil etməlidir”, – deyə Vuçiç qeyd edib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, Serbiya sülh və sabitliyin qorunmasına sadiq qalır və açıq məsələlərin həllində beynəlxalq hüququn əsaslarına əsaslanan dialoqu yeganə yol kimi qəbul edir.

Oxşar xəbərlər

Vuçiç: İqtisadi əməkdaşlıq Serbiya və ABŞ münasibətlərinin əsası olmalıdır
Sahil Babayev: Azərbaycan və Serbiya arasında dayanıqlı bünövrəyə əsaslanır
Dövlət başçısı İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb - YENİLƏNİB
Sahil Babayev: Azərbaycan və Serbiya arasında əməkdaşlıq dayanıqlı bünövrəyə əsaslanır
Azərbaycanla Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər