Polis Puçdemonu tuta bilməyib, o, İspaniyanı tərk edib
İspaniya polisi Kataloniya separatçılarının lideri Karles Puçdemonu tuta bilməyib, o, artıq ölkəni tərk edib.
Sizinxeber.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Puçdemonun partiyası "Junts"un baş katibi Jordi Turull yerli radioya açıqlamasında deyib.
Yerli RAC1 radiosunda danışan partiyanın baş katibi bildirib ki, Puçdemon dünən gecəni Fransada keçirib və indi 2017-ci ildən mühacirətdə olduğu Brüsseldən kənarda yerləşən Vaterloo şəhərinə qayıdır.
Turull əlavə edib ki, Puçdemon çərşənbə axşamı (avqustun 6-da) İspaniyaya gəlib.
Puçdemonun vəkili Gonzalo Boye də onun İspaniyanı tərk etdiyini söyləyib.
İspaniya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı "Politico"nun sorğusuna cavab verməyib.
Qeyd edək ki, cümə axşamı (8 avqust) həbs olunan iki polis məmuru Puçdemonun qaçmasına kömək etməkdə günahlandırılır.
İspaniyanın əsas polis həmkarlar ittifaqı "Jupol" siyasətçinin qaçmasını qalmaqal adlandırıb və polisin öz vəzifəsini pozduğunu, bunun qəbuledilməz hal olduğunu bəyan edib.
Kataloniya polis rəhbərinin bu gün axşam saatlarında mətbuat konfransı keçirəcəyi gözlənilir.
Xatırladaq ki, Puçdemon İspaniyanı 2017-ci ildə tərk etmişdi. O vaxtdan bəri hakimiyyət onun qeyri-qanuni müstəqillik referendumunu təşkil etdiyinə görə həbs edilməsinə göstəriş verib. Puçdemon 2017-ci ildə İspaniyadan gizlicə sərhədi keçərək Brüssel yaxınlığındakı Vaterloo şəhərində sığınacaq tapıb. Oradan 2019-cu ildə Avropa Parlamentinin üzvü seçilib. Bu illər ərzində İspaniyada onun həbsi ilə bağlı qərar qüvvədə qalıb.
Oxşar xəbərlər
İspaniya polisi Puçdemonu tutmaq üçün səfərbər olub - YENİLƏNİB
Banqladeşdə formalaşacaq keçid hökuməti sabah and içəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
