İspaniya polisi Puçdemonu tutmaq üçün səfərbər olub - YENİLƏNİB
İspaniya polisi Kataloniya separatçılarının lideri Karles Puçdemonu ələ keçirmək məqsədilə Barselonanı mühasirəyə alıb.
APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Puçdemon qısa müddət ərzində şəhərdəki tərəfdarları qarşısında çıxış edib və sonra yoxa çıxıb.
2017-ci ildən İspaniya hakimiyyət orqanları tərəfindən axtarışda olan Puçdemonun səyahət etdiyi deyilən avtomobili axtaran zabitlər şəhərin çıxışlarında nəzarət-buraxılış məntəqələri qurublar.
***
12:08
Həbs edilməmək üçün İspaniyadan qaçdıqdan 7 il sonra Karles Puçdemon yenidən Barselonada, Kataloniya parlamenti qarşısında yüzlərlə tərəfdarının qarşısına çıxıb.
APA "Politico"ya istinadən xəbər verir ki, separatçı hərəkatın lideri şəhərin Zəfər Tağının yanında səhnədə çıxış edib.
"Bizə zərər vermək üçün edilən bütün cəhdlərə baxmayaraq, mən bu gün onlara xatırlatmaq üçün gəldim.Biz hələ də buradayıq və təslim olmaq məcburiyyətində deyilik. Yaşasın Azad Kataloniya!", o, çıxışında deyib.
Xatırladaq ki, 2017-ci ildə hakimiyyətin onun qeyri-qanuni müstəqillik referendumunu təşkil etdiyinə görə həbs edilməsinə göstəriş verdiyi vaxtdan bəri Puçdemon İspaniyanı tərk etmişdi. O, 2017-ci ildə İspaniyadan gizlicə sərhədi keçərək Brüsselin yaxınlığındakı Vaterloo şəhərində sığınacaq tapıb. Oradan 2019-cu ildə Avropa Parlamentinin üzvü seçilib. Bu illər ərzində İspaniyada onun həbsi ilə bağlı qərar qüvvədə qalıb.
Oxşar xəbərlər
İspaniya polisi Barselona limanında 4 ton kokain müsadirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan cüdoçusu yarımfinala çıxıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramil Şeydayevin komandası baş məşqçisi ilə yollarını ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Boksçumuz növbəti mərhələyə yüksəldi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











