Zelenskinin Ofisinin sabiq rəhbəri Yermak azadlığa buraxılıb - YENİLƏNİB
Zelenskinin Ofisinin sabiq rəhbəri Yermak istintaq təcridxanasından buraxılıb.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
***
10:57
Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak üçün 140 milyon qrivna məbləğində girov qoyulub.
Bu barədə “UNIAN”ın müxbirinə Ali Antikorrupsiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Məhkəmədən bildirilib ki, bu gün Yermak girov qoyulması ilə əlaqədar həbsdən azad edilməlidir.
Andrey Yermak mayın 14-dən istintaq təcridxanasındadır.
Yermak istintaq təcridxanasından buraxıldıqdan sonra hər bir tələb üzrə müstəntiqə müraciət etməli, yaşayış yerinin və ya iş yerinin dəyişdirilməsi barədə məlumat verməli, Kiyevdən ayrılmamalı, pasportlarını təhvil verməli, şübhəli və şahidlərlə ünsiyyətdən çəkinməlidir, eyni zamanda, elektron qolbaq taxmalıdır.
Qeyd edək ki, Ukrayna məhkəməsi Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermakı 60 gün müddətinə həbs edib. Yermak Kiyev yaxınlığında elit tikinti zamanı çirkli pulların yuyulması işində təqsirli bilinir.
Məhkəmə 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) məbləğində girov təyin edib.
Oxşar xəbərlər
Zelenskinin Ofisinin sabiq rəhbəri Yermak 3,1 mln. dollar girov müqabilində azadlığa buraxılacaq
Andrey Yermak ABŞ-a gedir
Bu, Zelenski üçün qəbuledilməzdir - Yermak
Yermak İstanbul danışıqlarından sonra Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə çağırıb
Yermak Rubio ilə görüşdü: Rusiyaya qarşı çağırış...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
